Müqəddəs Tanrı anası monastırı (Zar)
Müqəddəs Məryəm Ana monastırı — Kəlbəcər rayonunun Zar kəndi ərazisində, Xudavəng monastırından 3 km qərbdə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidəsi.
Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsinin timpanında onun inşa edilmə tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: "çariça, çar Kürikenin qızı…1174-cü il" Ümumilikdə monastır ərazisində səkkiz kitabə oxunmuş və çap edilmişdir ki, onlardan da bəziləri 1174, 1178, 1261-ci illərə aiddir.
Kompleksə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsi onun şimal hissəsində yerləşir. Kilsə planda düzbucaqlı formasına malik olmaqla, tağtavanla örtülmüşdür. Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, böyül cənub-qərb qapısı isə həyətə açılır.
Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovməədir. Sovməənin şimal divarı həm də Müqəddəs Məryəm Ana kilsəsinin qərb divarıdır.
Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir.